Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Zaqatala RMX-nın həkiminin İsmayıllıda baş verən qəzada həlak olması ilə bağlı suallar yaranıb

Zaqatala RMX-nın həkiminin İsmayıllıda baş verən qəzada həlak olması ilə bağlı suallar yaranıb

04 iyl 2026, 22:51, korrupsiya
0 şərh    14 Baxılıb

Zaqatala RMX-nın həkiminin İsmayıllıda baş verən qəzada həlak olması ilə bağlı suallar yaranıb

DİN-Mətbuat Xidmətinin Şəki Regional qrupunun baş inspektoru Mahir Məsimov "KORRUPSİYAXƏBƏR " ə bildirib ki,bu gün saat 16:00 radələrində İsmayıllı rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən biri həyatını itirib.
Hadisə ilə bağlı ictimaiyyət arasında müəyyən suallar yaranıb. Belə ki, həkimin saat 16:00-da iş vaxtında olduğu ehtimal edildiyindən, onun həmin vaxt İsmayıllı rayonunda olması diqqət çəkib.
Lakin qeyd edilməlidir ki, hazırda həkimin həmin gün məzuniyyətdə, ezamiyyətdə, növbədənkənar istirahətdə və ya rəhbərlik tərəfindən verilmiş hər hansı rəsmi icazə əsasında iş yerindən kənarda olub-olmaması barədə rəsmi məlumat yoxdur.
Buna görə də, məsələ ilə bağlı hər hansı qəti nəticəyə gəlmək və ya iddia irəli sürmək düzgün hesab edilmir. Mövzunun tam aydınlaşdırılması üçün aidiyyəti qurumların və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının rəsmi mövqeyinin öyrənilməsinə ehtiyac var.
Redaksiyamız tərəfindən məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanacaq və daxil olacaq rəsmi cavab əsasında əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

"KORRUPSİYAXƏBƏR" 

Şərhlər