Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB

Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB

07 iyl 2026, 18:51, korrupsiya
0 şərh    6 Baxılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində taxıl sahəsindəki avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "KORRUPSİYAXƏBƏR" ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.

Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.

***

15.12

Oğuzda buğda daşıyan iritonnajlı yük maşını yanıb.

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.

Taxıl sahəsində buğda ilə yüklənmiş TIR-da anidən yanğın baş verib. TIR və içərisində olan 25 ton buğdanın bir hissəsi yanıb.

Yanğın FHN-in Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər