Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Mədəniyyət » Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır (FOTO)

Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır (FOTO)

30 sen 2025, 12:06, korrupsiya
0 şərh    12 Baxılıb
 
Xəbər verdiyimiz kimi, ötən gün "Gülüstan" sarayında Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toyu olub.
"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Babayeva Tamerlan adlı bəylə ailə həyatı qurub. O, Milli Məclisdə işləyir.
Z.Babayevanın atası Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. 
R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.
2001-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub. 2012-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Komitə sədrinin müavini təyin edilib.
2018-ci ildən etibarən isə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyir.
Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir.
 KORRUPSİYAXƏBƏR
Şərhlər