Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Mədəniyyət » ELYAZ YAZAN: MÜƏLLİMLƏRİ TƏBRİK ETDİ

ELYAZ YAZAN: MÜƏLLİMLƏRİ TƏBRİK ETDİ

05 okt 2025, 10:16, korrupsiya
0 şərh    9 Baxılıb

  

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün 5 oktyabr "Beynəlxalq müəllimlər günü" münasibəti ilə redaksiya heyyətinin rəhbəri Elyaz (Yazan) Gülüyev başda ona ana sözünü və doğma anasının adını yazmağı öyrədən birinci sinif müəllimi Gülnaz müəllimə və atası Ağasəf müəllim olmaqla, Gülnaz müəllimənin və Ağasəf müəllimin timsalında bütün müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Əziz müəllimlər!

İlk öncə hər birinizi fürsətdən istifadə edərək, əvvəlcə özümün, ailəmin və ailə üzvlərimin adından salamlayır, Sizlərin hər birinizi peşə bayramınız münasibəti ilə təbrik edirəm. Qeyd edərək bildirmək istəyirəm ki, Sizi, Sizə layiq olan şəkildə tərif edə bilmərik. Lakin, bir-neçə cümlə ilə Sizi nə qədər çox istədiyimizi, Sizin peşənizin həqiqətən çətin və şərəfli peşə olmasını anladığımızı diqqətinizə çatdırmaq istəyirəm.

Odur ki, bir daha Sizlərin hər birinizə peşə fəaliyyətinizdə uğurlar, can sağlığı və xoşbəxtlik arzulayıram.

Əvvəlcədən bir daha təşəkkür edirəm.

Hörmətlə: Elyaz (Yazan) Gülüyev

QEYD:

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.

Azərbaycanda bu gün SSRİ Ali Sovetinin 29 sentyabr 1965-ci il tarixli qərarından sonra hər ilin 5 oktyabrında qeyd olunur.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər