Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Səhiyyə » Pediatrdan SOS: “Uşaqlarınızı çimərlikdə yandırmayın!”

Pediatrdan SOS: “Uşaqlarınızı çimərlikdə yandırmayın!”

22 iyl 2025, 09:30, korrupsiya
0 şərh    8 Baxılıb

Pediatrdan SOS: “Uşaqlarınızı çimərlikdə yandırmayın!”

Yay fəslinin gəlişi ilə valideynlər övladlarını çimərliklərə, istirahət zonalarına apararaq onlara xoş anlar yaşatmağa çalışırlar. Əlbəttə, uşaqların təbiətlə təmasda olması, açıq havada əylənməsi vacibdir.

Lakin mütəxəssislər qeyd edir ki, bu istirahətin sağlamlığa fəsadla nəticələnməməsi üçün bəzi həyati önəm daşıyan məqamlara xüsusi diqqət yetirilməlidir.

Təəssüf ki, hər yay sosial şəbəkələrdə, xəstəxanalarda, həkimlərin çağırışlarında "günəş şüalarından yanan uşaqlar" haqqında xəbərlər artır. Qolları, ayaqları, kürəyi su toplamaq dərəcəsində yanan körpələr, yandırılmış bir dəridə ağrılar içində çırpınan uşaqlar. Bir çox valideyn düşünür ki, uşağın dərisi bir qədər qaralarsa, bu, sağlamlıq əlamətidir. Əslində isə bu, dəriyə dəyən zərərin ilk göstəricisidir.

Həkimlər bildirirlər ki, uşaqların dərisi böyüklərə nisbətən qat-qat nazik və həssasdır, buna görə də onlar günəş şüalarından daha tez və daha ağır zədələnirlər.

 Musavat.com xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev bununla bağlı valideynlərə çağırış edərək bildirib:

“Uşaqları çimərlikdə yandırmayın. İstirahətə aparırsınız, amma körpələr yanıqla qayıdır. Evdə də əlinizə nə keçir çəkirsiniz yanığa. Diş məcunu, yumurta, bal və s. Yəni soyuducuda nə var hamısını yanığa çəkirsiniz. Olmaz! Həkimə qədər yanıq sahəsinə soyuq kompreslər etmək olar. Pantenol çəkin, amma üstündən sarımayın. Suluqlar varsa, mütləq həkimə müraciət edin. İynə və s. ilə suluğu deşib infeksiyaya şərait yaratmayın”.

Mütəxəssislər qeyd edib ki, xüsusilə günün ən qızmar saatlarında, saat 11:00-dan 17:00-a qədər günəş şüalarının ultrabənövşəyi təsiri maksimum səviyyədə olur:

“Bu saatlarda çimərlikdə günəş vannası qəbul etmək xüsusilə 0-6 yaş arası uşaqlar üçün təhlükəli nəticələr doğura bilər”.

Şərhlər