Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » BDYPİ: "Qaydanı pozan piyada təkcə özünü deyil, başqalarını da təhlükəyə atır"

BDYPİ: "Qaydanı pozan piyada təkcə özünü deyil, başqalarını da təhlükəyə atır"

21 okt 2025, 10:34, korrupsiya
0 şərh    8 Baxılıb

"Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq, hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır, müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar".

"KORRUPSİYAXƏBƏR"  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb: "Yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur. Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə bir neçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilən yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üçün əlavə təhlükə yaradır". Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkət hissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxil olmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər