Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Səhiyyə » İmişlidə toyda kütləvi zəhərlənmə olub, 59 nəfər xəstəxanaya müraciət edib.

İmişlidə toyda kütləvi zəhərlənmə olub, 59 nəfər xəstəxanaya müraciət edib.

25 sen 2025, 22:02, korrupsiya
0 şərh    8 Baxılıb

 

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "KORRUPSİYAXƏBƏR" in sorğusuna cavab olaraq bildirolib ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

KORRUPSİYAXƏBƏR

Şərhlər