Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Siyasət » Ukrayna Azərbaycan qazını ilk dəfə qəbul etdi – Transbalkan marşrutu işə düşdü! Rusiya dəliyə döndü

Ukrayna Azərbaycan qazını ilk dəfə qəbul etdi – Transbalkan marşrutu işə düşdü! Rusiya dəliyə döndü

28 iyl 2025, 11:19, korrupsiya
0 şərh    6 Baxılıb

 Ukrayna ilk dəfə Azərbaycan qazını Transbalkan marşrutu ilə rəsmi şəkildə qəbul edib. Bu, həm siyasi, həm enerji təhlükəsizliyi baxımından mühüm və simvolik hadisədir. Ukraynanın dövlət enerji şirkəti Naftogaz Group SOCAR-ın Ukraynadakı törəmə qurumu SOCAR Energy Ukraine ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb.

Bu razılaşma çərçivəsində sınaq partiyası qaz Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb.

Musavat.com bildirir ki, bu hadisə Rusiya üçün strateji qıcıq mənbəyidir.

Belə ki, bu qaz tranziti Rusiya qazından asılılığı azaltmaq yolunda Ukrayna üçün ciddi addım olmaqla yanaşı, Azərbaycanın Avropa enerji xəritəsindəki rolunu da gücləndirir. Qeyd edək ki, Transbalkan marşrutu uzun müddət əsasən Rusiya qazı üçün istifadə olunurdu. İndi isə həmin infrastruktur ilk dəfə Azərbaycan qazı ilə işə düşüb.

Ekspertlər bu addımı Moskvanın enerji hegemoniyasına qarşı real alternativ kimi dəyərləndirirlər. Azərbaycan qazının Ukraynaya daxil olması həm Qərbin dəstəklədiyi enerji diversifikasiyasının, həm də Bakı-Kiyev əməkdaşlığının güclənməsinin bariz göstəricisidir.

Bu tranzit prosesi Cənub Qaz Dəhlizinin şaxələnməsinə, Azərbaycan qazının Balkanlar və Şərqi Avropa bazarlarında təsirini artırmağa xidmət edir. Eyni zamanda bu hadisə Azərbaycanın geosiyasi çəkisini artırır, çünki o, artıq təkcə Avropa İttifaqı ilə deyil, Rusiya ilə toqquşma xəttində olan Ukrayna ilə də enerji əməkdaşlığı qurmağa başlayıb.

Azərbaycan qazının Ukraynaya çatması Rusiya üçün siyasi və iqtisadi siqnaldır. Bu, Bakı-Kiyev enerji əməkdaşlığının yeni mərhələsidir və Moskvanın diqqətindən yayınmayacaq. Rusiya dəfələrlə ən müxtəlif kanallarla Azərbaycana bunu etməməsi üçün xəbərlər çatdırıb.

Şərhlər