Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Siyasət » İlham Əliyev-Tramp-Paşinyan görüşü - Hansı sənəd İMZALANACAQ...

İlham Əliyev-Tramp-Paşinyan görüşü - Hansı sənəd İMZALANACAQ...

06 avq 2025, 10:35, korrupsiya
0 şərh    15 Baxılıb

İlham Əliyev-Tramp-Paşinyan görüşü - Hansı sənəd İMZALANACAQ...

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Modern.az-ın məlumatına görə, "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən yazıb ki, görüş Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir.

Məqalədə deyilir ki, örüşün məqsədi sülh sazişinin əldə edilməsidir. Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirilməsi planlaşdırılır.

"Middle East Eye" nəşri yazıb ki, Azərbaycan və Ermənistanın sülhə dair niyyət memorandumu imzalayacağı gözlənilir.

Mənbələrin əlavə əldə etdiyi məlumatlara görə, liderlərin “sülh sazişi layihəsini” deyil, sadəcə “niyyət məktubu”nu imzalayacağı gözlənilir. Bu isə ötən aydan etibarən regionda diplomatik nailiyyət axtaran Tramp üçün mühüm uğur sayıla bilər.

Xatırladaq ki, liderlər arasında sonuncu görüş iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib.

Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Vaşinqtondakı görüş barədə hələlik heç bir tərəf rəsmi məlumat verməyib.

Şərhlər