Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Sosial » Şəkinin Baş Şabalıd kəndi qazsız qalıb: sakinlər çıxış yolu tələb edir

Şəkinin Baş Şabalıd kəndi qazsız qalıb: sakinlər çıxış yolu tələb edir

03 may 2026, 01:26, korrupsiya
0 şərh    21 Baxılıb

 

Baş Şabalıd qazsız qalıb: sakinlər çıxış yolu tələb edir

Uzun illərdir ki, sakinləri ən əsas kommunal problemlərdən biri – təbii qazın olmaması ilə üz-üzədir. Məsələ artıq təkcə məişət çətinliyi deyil, sosial narazılıq doğuran ciddi problemə çevrilib.

"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan olaraq bildirirəm ki, həm media nümayəndəsi, həm də kənd sakini kimi bu məsələ ilə bağlı mənə davamlı müraciətlər daxil olur. Sakinlər qeyd edirlər ki, illərdir qazlaşdırma ilə bağlı ümidlər olsa da, real nəticə yoxdur.

Mövcud vəziyyət isə kənd əhalisini çətin seçim qarşısında qoyur. Bir tərəfdən meşə ərazilərindən odun tədarükünə ciddi məhdudiyyətlər tətbiq olunur, digər tərəfdən isə alternativ enerji mənbəyi kimi təbii qaz təmin edilmir. Nəticədə insanlar xüsusilə qış aylarında ciddi çətinliklərlə üzləşir.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilsə də, problem hələ də öz həllini tapmayıb. Bu isə haqlı narazılıqların artmasına səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, aidiyyəti qurumları Baş Şabalıd kəndinin qazlaşdırılması məsələsini diqqət mərkəzində saxlamağa və problemin operativ həlli istiqamətində konkret addımlar atmağa çağırırıq. Hesab edirik ki, regionlarda yaşayan vətəndaşların elementar yaşayış şəraiti ilə təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır.

Ümid edirik ki, bu məsələ yaxın zamanda öz müsbət həllini tapacaq və kənd sakinləri uzun illərdir gözlədikləri təbii qaz təminatına qovuşacaqlar.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər