Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Sosial » Zaqatala sakini: Mənim Yolumu bir tərəfdən qonşum bağlayıb, hüquqi tərəfdən də məhkəmələr.

Zaqatala sakini: Mənim Yolumu bir tərəfdən qonşum bağlayıb, hüquqi tərəfdən də məhkəmələr.

26 iyn 2026, 23:14, korrupsiya
0 şərh    20 Baxılıb

Zaqatala sakini: "Bağıma gedən yol bağlanıb, illərdir hüquqlarımın bərpasını istəyirəm"

 

"KORRUPSİYAXƏBƏR.COM.AZ" İnformasiya-Xəbər Portalına növbəti vətəndaş müraciəti daxil olub.

Zaqatala rayonunun Əliabad qəsəbə sakini Şabanov Məhəmməd Şaban oğlu redaksiyamıza ünvanladığı müraciətdə uzun illərdir istifadə etdiyi bağ sahəsinə gedən yolun bağlandığını iddia edir.

Müraciət müəllifinin sözlərinə görə, yol sabiq polis əməkdaşı tərəfindən bağlanıb və bu məsələ ilə bağlı məhkəmələrə müraciət etsə də, hüquqlarının bərpa olunmasına nail ola bilməyib.

Şabanov Məhəmməd Şaban oğlu müraciətində bildirir ki, Zaqatala Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən, eləcə də həmin qərarın apellyasiya instansiyasında qüvvədə saxlanılmasından narazıdır və hesab edir ki, hüquqları pozulub.

Vətəndaş redaksiyamızdan onu yerində dinləməyi, zərurət yaranacağı təqdirdə torpaq sahəsinin yerləşdiyi ərazidə videoçəkiliş apararaq müraciətinin ictimailəşdirilməsini, həmçinin qaldırdığı məsələnin ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına çatdırılmasına köməklik göstərilməsini xahiş edir.

"KORRUPSİYAXƏBƏR" olaraq bildiririk ki, daxil olan hər bir müraciət tərəfsiz şəkildə araşdırılır. Məsələ ilə bağlı qarşı tərəfin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə və cavab hüququnu təmin etməyə hazırıq.

Qeyd edək ki, məqalədə yer alan fikirlər müraciət müəllifinə məxsus iddialardır və redaksiyanın yekun mövqeyi kimi qiymətləndirilməməlidir. Araşdırma davam edir.

KORRUPSİYAXƏBƏR

Şərhlər