
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, təqaüddə olan polis zabiti, ictimai fəal, Tural Niftaliyev 5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" münasibətilə müəllimlərə təbrik ünvanlayıb.
T.Niftalıyev təbrikə Ümummili Lider Heydər Əliyevin kəlamını xatırlatmaqla başlayıb.
"Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqlarının tərbiyyəsini yalnız ona etibar edir."
Əziz müəllimlər!
Uzun illər Şəki (DYPB) Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru vəzifəsində işləyərkən, yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində Sizinlə birgə çalışdıq. Şəxsən mənimlə əməkdaşlığınızı yüksək qiymətləndirir,hər birinizə təşəkkür edirəm.
Uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki rayonunda fəaliyyət göstərən təhsil müəssisələriilə sıx əməkdaşlıq edərək fəal maarifləndirmə işləri apardığıma görə, 13 dekabr 2021-ci il tarixdə Şəki Şəhər Təhsil Şöbəsi (indiki təhsil sektoru) tərəfindən Məktəblərin sevimlisi adına layiq görülməyim həyatımdakı ən xoş xatirələrimdən biridir.
Peşə fəaliyyətinizdə bir daha Sizə uğurlar arzulayıram.
Hörmətlə:
Tual Niftaliyev