Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » GECƏ SAAT 03:00-DA AZƏRBAYCAN POLİSİ BİR DAHA VƏTƏNDAŞIN YANINDA OLDU – ELYAZ YAZANDAN DİN RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜR

GECƏ SAAT 03:00-DA AZƏRBAYCAN POLİSİ BİR DAHA VƏTƏNDAŞIN YANINDA OLDU – ELYAZ YAZANDAN DİN RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜR

04 sen 2026, 02:33, korrupsiya
0 şərh    68 Baxılıb

 

“KORRUPSİYAXƏBƏR.COM.AZ” və “RESPUBLİKAXƏBƏR.AZ” İnformasiya-Xəbər portallarının təsisçi-rəhbəri, Azərbaycan polisi haqqında iki xüsusi buraxılış jurnalının müəllifi Elyaz Yazan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.

Elyaz Yazan bildirib ki, Azərbaycan polisinin vətəndaşlara göstərdiyi diqqət və qayğını hər zaman yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu dəfə isə gecə saatlarında şəxsən qarşılaşdığı hadisə Azərbaycan polisinin vətəndaşın yanında olmasının daha bir nümunəsi olub.

Belə ki, Elyaz Yazan şəxsi avtomobili ilə Zaqatala rayonundan Şəki istiqamətində hərəkətdə olarkən, Qax rayonu ərazisində avtomobilində ciddi texniki nasazlıq yaranıb.

Avtomobilin həmin vəziyyətdə Şəkiyə qədər gedə bilməyəcəyini anlayan Elyaz Yazan geri qayıtmaq qərarına gəlib. Gecə saat 03:00 radələrində, Marsan kəndi ərazisində avtomobili nasaz vəziyyətdə qalan Elyaz Yazan onu daha təhlükəsiz və işıqlı bir yerə çatdırmaq üçün avtomobili itələməyə başlayıb.

Məhz həmin vaxt Qax Rayon Polis Şöbəsinə məxsus 90 PB 284 dövlət qeydiyyat nişanlı xidməti avtomobil onun yanında dayanıb.

Xidməti avtomobildən iki polis əməkdaşı düşərək, gecənin həmin vaxtında yolda qalan vətəndaşa necə kömək edə biləcəklərini soruşublar.

Elyaz Yazan həmin anı belə xatırlayır:

“Onlara bildirdim ki, qarşıda işıqlı bir yer var, heç olmasa avtomobili ora qədər itələməliyəm. Polis əməkdaşları isə mənə ‘Narahat olmayın, həll edərik’ deyərək dərhal kömək etməyə başladılar.”

Sonradan məlum olub ki, həmin polis əməkdaşlarından biri Marsan kənd sakini Murad Qazıyev, digəri isə Tasmalı kənd sakini Elman Rəsulovdur.

Gecənin qaranlıq vaxtında, heç bir çağırış və müraciət olmadan, yolda çətin vəziyyətdə qalan bir vətəndaşın yanında dayanmaları və ona kömək etmələri Elyaz Yazan tərəfindən yüksək qiymətləndirilib.

Hadisənin ən diqqətçəkən məqamlarından biri isə polis əməkdaşı Murad Qazıyevin göstərdiyi növbəti addım olub.

Murad Qazıyev yaşadığı evin yaxınlıqda olduğunu bildirərək, avtomobilin təhlükəsiz yerdə saxlanılması üçün öz həyətlərinə aparılmasını təklif edib. O, səhər açıldıqdan sonra avtomobilin təmiri üçün usta tapmaqda da kömək göstərəcəyini bildirib.

Həmçinin Murad Qazıyev, Elyaz Yazandan maddi imkanının olub-olmadığını, lazım gələrsə, kömək etmək istədiyini öyrənib. 

Daha sonra Murad Qazıyev atasına zəng edərək ondan xahiş edib ki, gecənin həmin vaxtında yolda qalmış qonağa kömək etsin.

Atası da bu xahişi böyük qonaqpərvərlik və insanlıqla qarşılayaraq Elyaz Yazana və nasaz avtomobilinin təhlükəsiz yerə çatdırılmasına köməklik göstərib.

Elyaz Yazan hesab edir ki, bu cür münasibət Azərbaycan polisinin vətəndaşla münasibətlərinin bariz nümunəsidir.

Onun sözlərinə görə, polis yalnız asayişin və ictimai təhlükəsizliyin qorunmasında deyil, həm də vətəndaşın çətin günündə və çarəsiz vəziyyətində onun yanında olmaqla böyük etimad qazanır.

“Mən Azərbaycan polisindən hər zaman razı olmuşam. Azərbaycan polisi haqqında iki xüsusi buraxılış jurnalının müəllifi kimi, uzun illərdir polis əməkdaşlarının fəaliyyətini izləyirəm. Lakin bu dəfə gecə saat 03:00-da şəxsən yaşadığım bu hadisə məndə bir daha əminlik yaratdı ki, Azərbaycan polisi vətəndaşının yanında olan bir polisdir. Gecənin qaranlığında, yolda çətin vəziyyətdə qalan bir insana heç bir təmənna və şəxsi maraq güdmədən kömək etmək böyük insanlıq nümunəsidir.”

Elyaz Yazan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Qax Rayon Polis Şöbəsinin rəhbərliyinə və xüsusilə həmin gecə ona yaxından kömək göstərən polis əməkdaşları Murad Qazıyev və Elman Rəsulova öz dərin təşəkkürünü bildirib.

O, qeyd edib ki, belə əməkdaşların nümunəvi davranışı vətəndaşların Azərbaycan polisinə olan inam və etibarını daha da gücləndirir.

Gecə saat 03:00-da yolda qalan bir vətəndaşa uzanan kömək əli, bəzən yüzlərlə sözdən daha çox şey ifadə edir. Bu dəfə həmin kömək əli Azərbaycan polisinin əli idi.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər