Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » ELYAZ YAZAN: "QURUÇAY QURUMUR Kİ, QURUMUR"

ELYAZ YAZAN: "QURUÇAY QURUMUR Kİ, QURUMUR"

12 iyn 2026, 08:28, korrupsiya
0 şərh    20 Baxılıb

ELYAZ YAZAN:

Mən Baş Şabalıd kəndində doğulmuşam. Uşaqlığım, gəncliyim bu kənddə keçib. Quruçayın səsini eşidə-eşidə böyümüşəm. İllər keçib, zaman dəyişib, ölkəmiz inkişaf edib, yollar, körpülər, tunellər tikilib. Amma bir şey dəyişməyib – Quruçay üzərindəki körpünün taleyi.
Quruçay qurumur ki, qurumur...
Hər dəfə yağış yağanda, hər dəfə sel gələndə Baş Şabalıd və Baş Göynük kəndlərinin sakinləri eyni narahatlığı yaşayırlar: "Görəsən körpü bu dəfə tab gətirəcəkmi?"

 
Təəssüf ki, çox vaxt cavab eyni olur. Sel gəlir, körpünü dağıdır, insanlar çətin vəziyyətdə qalır. Sonra müəyyən təmir işləri aparılır, bir müddət keçir və növbəti daşqın hər şeyi yenidən təkrarlayır.
Mən bu problemi bu gün yazmıram. Bu problem mənim uşaqlığımdan var. O vaxt da insanlar eyni sözləri deyirdilər, bu gün də eyni sözləri deyirlər. Fərq yalnız ondadır ki, o vaxt körpünün bərpasını gözləyənlər indi öz övladları ilə birlikdə yenə gözləyirlər.

 
Bu körpü sadəcə beton və dəmirdən ibarət bir tikili deyil. Bu körpü insanların şəhərə çıxış yoludur. Bu körpü məktəbə gedən uşaqların yoludur. Bu körpü xəstənin xəstəxanaya çatmaq ümididir. Bu körpü kəndlinin bazara aparmaq istədiyi məhsulun yoludur.
Ən ağrılı məqam isə budur ki, hər dəfə problem yaranır, hər dəfə sakinlər səslərini qaldırırlar, amma məsələ köklü şəkildə həll edilmir.
Mən bu yazını bir jurnalist kimi yox, həmin torpağın övladı kimi yazıram. Baş Şabalıdın da, Baş Göynüyün də insanları dövlətinə bağlı, zəhmətkeş insanlardır. Onların istədiyi yalnız təhlükəsiz və etibarlı bir körpüdür.

 Ümid edirəm ki, aidiyyəti qurumlar bu dəfə növbəti seli gözləməyəcək. Çünki Quruçay qurumur. Amma insanların səbri sonsuz deyil.

Qeyd edək ki, bu məsələ ilə bağlı bir daha aidiyyatı qurumlara rəsmi müraciət məktubunun yazılması barədə göstəriş vermişəm. 

 

Hörmətlə: Elyaz Yazan

"KORRUPSİYAXƏBƏR" 

Şərhlər