Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Bakıda İran məhsulları bahalaşacaq: İdxalçılar mal gətirməyə qorxur - FOTOLAR

Bakıda İran məhsulları bahalaşacaq: İdxalçılar mal gətirməyə qorxur - FOTOLAR

23 iyn 2025, 15:30, korrupsiya
0 şərh    12 Baxılıb

Bakıda İran məhsulları bahalaşacaq: İdxalçılar mal gətirməyə qorxur - FOTOLAR

İran-israil müharibəsi İran məhsullarının da bahalaşmasına gətirib çıxaracaq. Bildiyiniz kimi Azərbaycanın bir çox bölgələrində, xüsusuilə Bakıda İran məhsulları satış şəbəkəsi mövcuddur. Xüsusən quru meyvə, ədviyyat, qənnadı və təmizlik məhsulları xüsusi dükanlarda satılır. Müharibədən sonra İran məhsullarının qiymətində bahalaşma artıq müşahidə olunur.

Bununla bağlı Sitat.info-ya İran məhsullarının satışı ilə məşğul olan sahibkarlar məlumat verib. Onların sözlərinə görə, müharibə səbəbindən İranın bütün məhsullarında bahalaşma qaçılmazdır: 

"İrandan topdan məhsul gətirənlər müharibəyə görə gedə bilmirlər. Rəsmi heç bir məhdudiyyət olmasa da, idxalçılar qorxurlar... Demək olar ki, tırlar İrandan mal gətirməyi dayandırıblar. Bizə bildirdilər ki, qısa zamanda kəskin bahalaşma qaçılmazdır. Əlimizdə qalan köhnə partiya malları satışa bitmək üzrədir. Növbəti partiya ya olmayacaq, ya da çox baha olacaq. Təxminən 15-20 faiz civarında qiymət artımı var və bunun daha da artacağını demək olar. Onları da qınamaq olmaz. İranda vəziyyət təhlükəlidir, heç kim özünü riskə atıb, tırla gedə bilmir".

Xüsusən də yuyucu vasitələr və qənnadı məmulatlarında daha çox bahalaşma olacaq.

Qeyd edək ki, bu dükanlar ucuzluğu ilə seçilir, xüsusən aztəminatlı əhali təmizlik vasitələrini, quru meyvələri  market qiymətlərindən daha aşağı qiymətlə ala bilir. 

Şərhlər