Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Leyla Əliyeva Lənkəranda internat məktəbində olub - FOTO

Leyla Əliyeva Lənkəranda internat məktəbində olub - FOTO

21 noy 2025, 23:18, korrupsiya
0 şərh    10 Baxılıb


Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində olublar.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra sinif otaqlarında, məşğələ və istirahət otağında uşaqların asudə vaxtının səmərəli təşkili prosesləri izlənilib.

Qeyd edək ki, regional xarakter daşıyan və cənub bölgəsində yeganə olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində autizm və Daun sindromlu, o cümlədən əqli inkişafdan geri qalan uşaqların mütəxəssislər tərəfindən həm təhsil almaları, həm də reabilitasiya prosesi təmin edilir. Həmin uşaqların məktəbdə qalması üçün də şərait yaradılıb ki, 34 uşaq bu imkandan yararlanır.

"KORRUPSİYAXƏBƏR"


Şərhlər