Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Kamran Əliyev Vüsalənin ölümü ilə bağlı tapşırıq verdi - Xüsusi komissiya yaradıldı

Kamran Əliyev Vüsalənin ölümü ilə bağlı tapşırıq verdi - Xüsusi komissiya yaradıldı

11 sen 2025, 17:15, korrupsiya
0 şərh    9 Baxılıb

Özünü yaşadığı binadan ataraq intihar etdiyi deyilən 40 yaşlı Vüsalə Dadaşovanın ölümü ilə bağlı aparılan istintaq genişləndirilir.

“KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyev bu günlərdə mərhum Vüsalənin atası Zakir Nəbiyevi qəbul edib.

Valideyn hadisə barəsində baş prokuroru məlumatlandırıb, qızının əri Sevindik Dadaşov tərəfindən qəsdən öldürüldüyündən ciddi şübhələri olduğunu deyib.

Z.Nəbiyev qızının ölümündən əvvəl anasına zəng edib öldürüləcəyini deməsini və başqa sübutlardan da danışıb.

K.Əliyev valideyni əmin edib ki, bu məsələyə hərtərəfli baxılacaq, bütün şübhəli məqamlar tək-tək araşdırılacaq.



Baş prokurorun tapşırığından sonra Bakı şəhər prokuroru Elşən Abbasov da valideynlə görüşüb. E.Abbasov deyib ki, cinayət işinə daha dərindən və obyektiv baxılması üçün baş prokuror tərəfindən Xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin yayında Xətai rayonunun Gəncə prospektində baş verib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü V.Dadaşova özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. Amma Vüsalənin yaxınları hadisənin intihar deyil, qəsdən törədilən qətl olmasından şübhələnirlər. 

KORRUPSİAYXƏBƏR

Şərhlər