Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » /KORRUPSİYAYA QARŞI MÜBARİZƏ DAVAM EDİR/ BÖLMƏ RƏİSİ İLƏ JURNALİST ARASINDA MÖHTƏŞƏM DİALOQ.

/KORRUPSİYAYA QARŞI MÜBARİZƏ DAVAM EDİR/ BÖLMƏ RƏİSİ İLƏ JURNALİST ARASINDA MÖHTƏŞƏM DİALOQ.

24 sen 2026, 23:23, korrupsiya
0 şərh    23 Baxılıb

 

Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi


"Korrupsiyaxəbər" yazır.........


Bəzən bir dövlət qurumunda keçirilən qısa görüş zamanı səsləndirilən cəmi bir neçə cümlə həmin qurumda həyata keçirilən dəyişikliklərin mahiyyətini geniş şəkildə ortaya qoyur.


Bu gün "Korrupsiyaxəbər" in rəhbəri Elyaz (Yazan) Gülüyev, şəxsi məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon bölməsində olmuş, bölmə rəisi ilə görüşmüşdür.


Görüş zamanı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılmış, xüsusilə çağırış və hərbi xidmətə göndəriş prosesində şəffaflığın təmin olunması məsələsi diqqət çəkmişdir.


Bölmə rəisi, polkovnik-leytenant, Qaraş Abbasov, söhbət əsnasında əvvəlki dövrlərdə bu sahədə müəyyən özbaşınalıqların olduğunu bildirmiş və hazırkı vəziyyətlə əvvəlki yanaşma arasında ciddi fərq yarandığını vurğulamışdır.


Əslində isə bizi düşündürən məhz bu fikirlərin davamında səslənən iki qısa, lakin kifayət qədər böyük məna daşıyan cümlə oldu.


Çünki həmin fikirlərdən aydın olur ki, bu gün çağırışçıların hansı hərbi hissəyə göndəriləcəyi ilə bağlı məlumatların mümkün qədər şəffaf və çağırışçının özünün məlumat əldə edə biləcəyi formada təqdim olunmasına üstünlük verilir.


Bölmə rəisi Polkovnik-leytenant Qaraş Abbasovun izahına görə, əvvəlki dövrlərdə çağırışçının hansı hərbi hissəyə düşdüyünü bölmə əməkdaşlarının əvvəlcədən bilməsi ilə bağlı vəziyyətlər olurdu. Belə hallarda bəzi valideynlərə guya övladlarının hansısa konkret hərbi hissəyə göndərilməsinə köməklik göstərilə biləcəyi bildirildiyi, halbuki bölgünün mövcud qaydada aparıldığı qeyd edildi.


Bu cür yanaşmanın yaratdığı əsas təhlükə isə şəffaflığın kölgədə qalması və valideynlərin müxtəlif vədlər əsasında aldanması ehtimalı idi.


Bu gün isə, bölmə rəisinin sözlərindən də aydın olduğu kimi, yanaşma dəyişib.


Ən mühüm məqam ondan ibarətdir ki, çağırışçı özü əvvəlcədən hansı hərbi hissəyə göndərildiyi barədə məlumat əldə edir.


Bu, sadəcə texniki dəyişiklik kimi qiymətləndirilməməlidir.


Çünki hərbi xidmətə yola düşən gəncin və onun valideynlərinin ən həssas məqamlarından biri övladının hansı hərbi hissəyə göndərilməsidir. Məhz belə bir məsələdə məlumatın şəffaf şəkildə təqdim edilməsi və insan amilinin minimuma endirilməsi həm dövlət qurumuna etimadı artırır, həm də müxtəlif sui-istifadə imkanlarının qarşısını alır.


Şəffaflıq korrupsiyaya qarşı mübarizənin ən mühüm vasitələrindən biridir.


Əgər vətəndaş bilməlidirsə, o bunu bir şəxsdən xahiş etməklə, kiminsə vasitəçiliyinə ehtiyac duymaqla və ya hansısa əlavə ödəniş müqabilində deyil, dövlət tərəfindən müəyyən edilmiş şəffaf mexanizm vasitəsilə öyrənirsə, burada artıq idarəçilik fəlsəfəsinin dəyişdiyini görmək mümkündür.


Məhz bu baxımdan Şəki rayon bölməsində səsləndirilən fikirlər redaksiyamız üçün xüsusi maraq doğurdu.


Əlbəttə, heç bir dövlət qurumunun fəaliyyətini yalnız bir görüş əsasında bütövlükdə qiymətləndirmək düzgün olmazdı. Lakin vətəndaşın qarşısında şəffaflığın təmin olunması istiqamətində atılan konkret addımların görünməsi və bunun rəhbərlik səviyyəsində açıq şəkildə ifadə edilməsi təqdirəlayiq haldır.


Redaksiyamız hesab edir ki, dövlət xidmətlərində əsas məqsəd vətəndaşın hansısa əməkdaşdan asılı vəziyyətə salınmaması, onun hüquq və maraqlarının şəffaf mexanizmlərlə qorunmasıdır.


Bu baxımdan çağırışçıların hərbi hissə bölgüsü barədə məlumatı özlərinin əldə etməsi mühüm yanaşmadır.


Bu yanaşma həm çağırışçıya, həm valideynə rahatlıq verir, həm də müxtəlif vasitəçilik vədlərinin qarşısında ciddi maneə yaradır.


Burada daha bir mühüm məqam da var.


Korrupsiyaya qarşı mübarizə yalnız cinayət faktlarının aşkar edilməsi və məsul şəxslərin cəzalandırılması ilə məhdudlaşmamalıdır. Ən effektiv mübarizə korrupsiyaya şərait yaradan mexanizmlərin əvvəlcədən aradan qaldırılmasıdır.


Yəni sistem elə qurulmalıdır ki, vətəndaşın kiməsə müraciət edib “kömək” istəməsinə ehtiyac qalmasın.


Bu baxımdan çağırışçının özünün hansı hərbi hissəyə göndərildiyini bilməsi sadə görünsə də, mahiyyət etibarilə şəffaf idarəçilik baxımından mühüm addımdır.


Redaksiyamız olaraq dövlət qurumlarının fəaliyyətində müsbət dəyişiklikləri də cəmiyyətə çatdırmağı özümüz üçün vəzifə hesab edirik.


Çünki yalnız problemləri göstərmək deyil, problemlərin həlli istiqamətində atılan addımları, şəffaflığın artırılmasını və vətəndaş məmnunluğuna xidmət edən yenilikləri də ictimaiyyətə çatdırmaq jurnalistikanın mühüm istiqamətlərindən biridir.


Bu gün Şəki rayon bölməsində keçirdiyimiz görüş zamanı diqqətimizi çəkən məhz belə bir məqam oldu.


Bölmə rəisi cənab Qaraş Abbasovun əvvəlki dövrlərdəki vəziyyəti etiraf etməsi ilə yanaşı, hazırda çağırışçıların hərbi hissə bölgüsü barədə məlumatı birbaşa özlərinin əldə etməsini vurğulaması onu göstərir ki, idarəçilikdə şəffaflığın artırılmasına yönəlmiş yanaşmalar artıq praktik müstəvidə də özünü göstərir.


Redaksiyamız bu yanaşmanı təqdir edir və şəffaflığın, qanunçuluğun, vətəndaş məmnunluğunun və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən işlərə görə aidiyyəti dövlət qurumlarına təşəkkürünü bildirir.


Əminik ki, dövlət xidmətlərinin bütün sahələrində şəffaflığın daha da artırılması və insan amilindən doğan sui-istifadə imkanlarının minimuma endirilməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, vətəndaşların dövlət qurumlarına inamının daha da yüksəlməsinə xidmət edir.


Şəffaf dövlət xidməti – etibarlı dövlət idarəçiliyinin əsas göstəricilərindən biridir.


"Korrupsiyaxəbər"

 

Şərhlər