Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, polisin ikinci sevgilisi...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena...
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Hacı Əjdər bəy məscidinin...
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təbii ehtiyatların kəşfiyyatı...
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə"...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var

Masazırdakı "LUGANO" restoranında narazılıqlar artır – Müştəriyə təqdim edilən menyu ilə razılaşdırılan menyu arasında uçurum var

19 iyn 2025, 00:16, korrupsiya
0 şərh    2 Baxılıb

Masazırda yerləşən "LUGANO" restoranında nələr baş verir? və ya fürsətdən istifadə edib yeməkləri dəyişdirirlər. FAKT/İDDİA

 

FAKT və İDDİA əsasında…

Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən “LUGANO” restoranı barədə “Heqiqixeber.az” redaksiyasına daxil olan məlumatlar ictimai narahatlıq doğuracaq səviyyədədir. Müasir interyerə və geniş banket zalına sahib olan bu restoranın arxa planında ciddi qeyri-şəffaflıq və müştəriyə qarşı məsuliyyətsizlik hallarının baş verdiyi iddia olunur.

Mənbədən aldığımız məlumata görə, “LUGANO” restoranında müxtəlif tədbirlər – ad günü, nişan və digər banketlər zamanı əvvəlcədən danışılmış menyu əsasında xidmət göstərilmir. Belə ki, restoranın administratoru Tural bəy ilə tədbirdən əvvəl qiymətlər və menyu razılaşdırılır, lakin tədbir başladıqdan sonra stollar üzərində tam fərqli yeməklər təqdim olunur. Bu isə restoran rəhbərliyinin müştəri etibarını kobud şəkildə pozması deməkdir.

Ən narahatedici məqam isə budur ki, narazı müştərilər restoran sahibi kimi tanınan Hatəm bəy ilə əlaqə qurmaq istəsələr də, bu cəhdləri nəticəsiz qalır. Şikayətləri dinləmək, problemi yerindəcə araşdırmaq və məsuliyyət daşımaq əvəzinə rəhbərlik sadəcə olaraq susmağa üstünlük verir.

Bu cür hallar təkcə bir və ya iki müştərinin deyil, ümumi ictimaiyyətin narahatlığına səbəb ola bilər. Çünki xidmət sektoru, xüsusilə restoran sahəsi etibara və şəffaflığa əsaslanmalıdır. Əgər əvvəlcədən sifariş verilmiş, razılaşdırılmış və qiymətləndirilməsi aparılmış menyu tədbir zamanı dəyişdirilirsə, bu artıq yalnız etik deyil, həm də hüquqi məsələdir.

Media nümayəndəsi olaraq restoran rəhbərliyi ilə dəfələrlə əlaqə qurmağa cəhd etsək də, suallarımıza cavab almaq mümkün olmadı. Bu isə şəffaflıqdan uzaq yanaşmanın daha bir sübutudur.

Buradan aidiyyəti qurumlara – Abşeron Rayon İcra Hakimiyyətinə, Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyinin istehlakçı hüquqlarını qoruyan strukturlarına səslənirik: Masazırda fəaliyyət göstərən bu restoranla bağlı müvafiq yoxlamalar aparılsın, müşahidə olunan və iddia edilən qanunsuzluqlara hüquqi qiymət verilsin.

Əgər bu kimi hallar cəzasız qalarsa, bu, digər restoranlar üçün də mənfi presedent yarada bilər. Müştəri hüququ pozulmamalıdır! “LUGANO” restoranının bu məsələyə rəsmi münasibət bildirməsi və müştəri etimadını bərpa etməsi isə vacib və təxirəsalınmaz addımdır.

Qarşı tərəfin mövqeyini tanıyırıq.


Heqiqixeber.az 

Şərhsiz

Şərhlər