Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Xırdalanda 55 yaşlı kişi xanım həkimlərə qənim kəsildi

Xırdalanda 55 yaşlı kişi xanım həkimlərə qənim kəsildi

16 sen 2025, 12:19, korrupsiya
0 şərh    17 Baxılıb

                                                               

Xırdalanda 55 yaşlı kişi həkimlərə qənim kəsilib. O, bir neçə gün ərzində üç fərqli xəstəxanada həkimlərin pulunu və telefonunu oğurlayıb.

"KORRUPSİYAXƏBƏR" Musavat.com-a istinadən xəbər verir ki, daha əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşamış Sədrəddin Əliyev (ad şərtidir) müayinə üçün Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasına gedib. Xəstəxanada bir az gəzdikdən sonra ilk fürsətdə həkim-kardioloqun otağından ona məxsus çantanı oğurlayıb. Çantada nağd pul və kartlar olub. S.Əliyev 450 manat nağd pulunu götürərək kartları zibil qutusuna atıb.

S.Əliyev daha sonra yenidən Abşeron Rayon Mərkəzi xəstəxanasına gedib. Orada qeydiyyat şöbəsində çalışan xanımın mobil telefonunu oğurlayaraq 50 manata satıb.

Bir neçə gün sonra isə Xırdalanda yerləşən klinikalardan birində işləyən mədə-bağırsaq həkiminin otağından ona məxsus pul kisəsini oğurlayıb. Həkimin 650 manat nağd pulunu ələ keçirib. S.Əliyev klinikanın qarşısında dayanan zaman bir xanıma uşaq arabasını aparmaq üçün kömək edib. Klinikaya daxil olan S.Əliyev bir az orada gəzdikdən sonra qapısı açıq olan otağa daxil olaraq həkimin pul kisəsini götürüb.

Əməllərini etiraf edən S.Əliyev xəstə olduğu üçün bu yola əl atdığını deyib. O, bağışlanmasını istəyib. S.Əliyev törətdiyi əməllərə görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər