Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » "Mafiya" oyununda düşən davaya görə elektron qolbaq taxıldı

"Mafiya" oyununda düşən davaya görə elektron qolbaq taxıldı

18 sen 2025, 15:43, korrupsiya
0 şərh    18 Baxılıb

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma da və xuliqanlıqda təqsirləndirilən Yusif Həmidovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən Yusif Həmidov 18 may 2024-cü il tarixdə, saat 00:20-də Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində fəaliyyət göstərən kafelərdən birində "Mafiya" oyununun qaydalarına riayət edilməməsi səbəbindən zərərçəkmiş Mahal Quliyevlə (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozub və şəxs üzərində zor tətbiq edərək xuliqanlıq edib.

Təqsirləndirilən şəxs zərərçəkmişin bel nahiyəsindən tutaraq yerə yıxıb, ona yumruq zərbələri yetirərək xəsarət yetirib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Yusif Həmidov 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə məhkum edilib.

KORRUPSİYAXƏBƏR

Şərhlər