
Bakı Şəhər Xətai RPİ-nin 36-cı PB-də Sabiq polis nəfəri yarım saatlıq həbs edilib.
Bu barədə "KORRUPSİYAXƏBƏR" ə Qubadlı rayon sakini, məcburi köçkün, Sabiq polis nəfəri Fərəcov Elnur Şamxal oğlu məlumat verib.
Şikayətçi redaksiyamıza sosial şəbəkə (vhotsapp) üzərindən şikayət xarakterli səsli simarıc ünvanlayıb.
O, hadisəni belə izah etdi ki, 11 oktyabr 2025-ci il tarixdə, təxminən saat 11 radələrində yaşadığı mənzilin yanında Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşlarının anası ilə kobud və təhqiramiz davrandıqları üçün onlara iradlarını bildirmiş və aralarında sözlü mübahisə baş vermiş, daha sonra da səs-küyə yaxınlaşan Xətai RPİ-nin 36-cı PB-nin Babək adlı polis sahə inspektoru onu məcburi şəkildə bölməyə gətirərək, bölmənin inzibati binasında yerləşən Müvəqqəti Saxlama Yerinə (MSY) salıb. Təxminən yarım saat sonra şikayətçi ayaqyoluna getmək istədiyini bildirərək, çölə çıxarmalarını istəmiş, çölə çıxartdıqdan və ehtiyyacını qarşıladıqdan sonra təkrar yenə MSY-nə salmaq istədikdə, O, digər birindən xahiş edərək, təkrar içəri salmamalarını xahiş etmiş, nəticə etibarı ilə dostları tərəfindən 100 manat bir, 300 manat da bir ödənildikdən sonra ona inzibati protokol tərtib edilərək sərbəst buraxmışdılar.
Şikayətçinin dediklərinə əsasən Babək adlı əməkdaşın mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq onun mövqeyini öyrəndik, O isə Elnur Fərəcovun polisə müqavimət göstərdiyini və dostunun xahişini nəzərə alınaraq, ona inzibati protokol tərtib edildiyini və dostunun da verdiyi məbləği cərimə əvəzi ödənildiyini bildirmişdir. Əlavə olaraq, Elnur Fərəcovun MSY nə salınmasının yalan olduğunu bildirdi.
Odur ki, deyilənlərlə bağlı tam, obyektiv, qərəzsiz, doğru -dürüst və hərtərəfli araşdırma aparılması məqsədilə tərəfimizdən AR-nın DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu ünvanlanacaqdır.
KORRUPSİYAXƏBƏR