
"KORRUPSİYAXƏBƏR" ə daxil olan məlumat görə, Göyçay RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşı, Xəlil adlı polis sahə inspektorunun sevgilisi var.
Bu barədə redaksiyamıza Ucar rayonunda qeydiyyatda olmaqla, hazırda Göyçay şəhərində ictimai iaşə obyektində "ƏMİOĞLU ÇAY EVİ" də ofisiant kimi işləyən Nəbiyeva Günel daşqın qızı məlumat vermişdir.
Belə ki, 02 dekabr 2025-ci il tarixdə axşam saatlarında yuxarıda adı qeyd edilən Nəbiyeva Günel Daşqın qızı, zəng edərək, bacısı Nəbiyeva Gülər Daşqın qızı ilə birlikdə Göyçay şəhərində İctimai iaşə obyektində "ƏMİOĞLU ÇAY EVİ" də ofisiant kimi işlədiklərini, lakin, Xəlil adlı polis sahə inspektorunun bacısı Gülərlə mütəmadi olaraq, ədavət apardığını bildirmişdir. Ondan Xəlil adlı əməkdaşın nə üçün bacısı ilə ədavət apardığını soruşduqda, O, bildirdi ki, Xəlil adlı əməkdaşın Səma adlı sevgilisi var, Səma adlı sevgilisinin bacımla dostluq münasibətləri var idi. Səma bacım Gülərə təklif edərək bildirmişdir ki. mən, Xəlil, sən bir də Xəlilin bir pullu dostu var, gedək Qəbələyə gəzək, istirahət edək. Mənə və sənə 500 manat da pul verəcəklər. Puldur daa, neyniyəcəyik, həm istirahət edəcəyik, həm yeyib-içəcəyik, həm də 500 manat da az pul deyil ki! Bacım da həmin təklifi qəbuil etməyib. Ondan sonra Həbib və Xəlil adlı əməkdaşlar, mənim bacımla ədavətə başladılar. Biz də vətəndaşın şikayətində bildirdiklərini qeydə alaraq, İTB-nin rəisi Həbib müəllimə göndərdik. Biz səsi göndərəndən təxminən 10 dəqiqə sonra, şikayətçi vətəndaş Günüel Nəbiyev təkrar zəng edərək bildirdi ki, Sizə adını verdiyim Xəlil adlı əməkdaşın sevgilisi Səma adlı şəxs mənə zəng edərək, məni ölümlə hədələdi. Burada bir sual yaranır: Səma adlı xanım. bizim Həbib müəllimə şikayət xarakterli səsi göndərməyimizdən necə xəbər tutub?
Dəyərli dostlar!
Sualımız cavab verilməsi.Göyçay RPŞ-nin adları qeyd edilən əməkdaşlarının barəsində xidməti yoxlama aparılması məqsədi ilə tərəfimizdən ARnın DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu hazırlanaraq,ünvanlanacaqdır.
Qarşı tərəfin də mövqeyini öyrənməyə, bildirdikləri mövqeni dərc etməyə hazırıq!