Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub

Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub

07 iyl 2026, 18:59, korrupsiya
0 şərh    13 Baxılıb

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Araz Səmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Əmircan qəsəbəsində baş verib.

30 yaşlı Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əmliyyatla hadisəni törətməkdə şübhəli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.

Babək Uğurlunun Araz Səmədovun 15 yaşlı bacısının nişanlısı olduğu bildirilib.

"KORRUPSİYAXƏBƏR" 

Şərhlər