Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Korrupsiyaxəbər" in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən Kəlbəcər rayon sakini, 1971-ci il təvəllüdlü Ədalət İsmayılovu hərəktdə olan avtomobil vurub. Yaralı xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Qəza yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı Göygöl RPŞ-də araşdırma başlanılıb.
"Korrupsiyaxəbər"


