Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » İdman » Komandamız Avropa çempionu oldu - Foto

Komandamız Avropa çempionu oldu - Foto

26 iyl 2025, 10:37, korrupsiya
0 şərh    13 Baxılıb

Komandamız Avropa çempionu oldu - Foto

17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilib.

Sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.  

 Komandamız final mərhələsində güclü Valensiya komandasını 7:2 hesabı ilə məğlub edərək Avropa Universitetləri Futzal Çempionatının qalibi oldu.
Qeyd edək ki, Qasımov Ağaseyid Mirmayıl oğlu çempionatın ən güclü qapıçısı seçilib.

Çempionatın fəxri komandasına komandamızın iki üzvü- oyunçumuz Ağalızadə Xəzər Övsət oğlu və qapıçımız Qasımov Ağaseyid Mirmayıl oğlu daxil edilib.

Komandamızı təbrik edir, uğurlar arzulayırıq.

Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.

Şərhlər