Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Təhsil » BAKIDA MÜƏLLİM TƏLƏBƏDƏN ƏTİR İSTƏDİ, İŞDƏN ÇIXARILDI. MƏHKƏMƏ İŞİ...

BAKIDA MÜƏLLİM TƏLƏBƏDƏN ƏTİR İSTƏDİ, İŞDƏN ÇIXARILDI. MƏHKƏMƏ İŞİ...

12 noy 2025, 14:22, korrupsiya
0 şərh    16 Baxılıb
 
Bakıda müəllim İlhamiyyə Mehdiyeva tələbədən istifadə etdiyi ətirdən onun üçün almasını istəyib və işdən çıxarılıb. Qadın müəllim bununla bağlı məhkəməyə müraciət edib.
"KORRUPSİYAXƏBƏR" məlumatına görə, hadisə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş verib.
İlhamiyyə Mehdiyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işinə xitam verildiyi üçün məhkəməyə müraciət edib. O, iddia edir ki, direktor Fizuli Talıbov tərəfindən şəxsi intriqalar səbəbindən əsassız təzyiqlərə məruz qalıb və Həmkarlar İttifaqı Komitəsinin iclasında rüşvətxor adlandırılıb. Müəllimə 10.000 manat mənəvi zərər və işinə bərpa edilməsini tələb edib.
Direktor Fizuli Talıbov isə bildirib ki, müəllim dəfələrlə xəbərdarlıq və intizam tənbehlərinə baxmayaraq, müəssisəyə ziyan vuran hərəkətlərə yol verdiyi üçün işdən azad olunması əsaslı qərar olub və iddianın rədd edilməsini xahiş edib.
Məhkəmədə müəllimənin rüşvət istədiyi tələbələr də iştirak edib. D.F. adlı tələbə iddia edib ki, dəfələrlə həmkarlarından İlhamiyyə müəllim üçün pul yığıb. Bir dəfə onda olan ətri İlhamiyyə xanım görüb və onun üçün də həmin ətirdən almasını istəyib. Ətir bahalı olduğu üçün 5 manatlıq "probniklərini" alıb, lakin müəllim onu qəbul etməyib. Ondan pul tələb edilməsi ilə bağlı məktəbin hərbi rəhbər müəllimi Elşənə müraciət edib.
Digər tələbələr də oxşar hallardan söz açıblar.
Məhkəmə nəticəsində İlhamiyyə Mehdiyevanın tələbləri əsassız hesab olunub və təmin edilməyib
KORRUPSİYAXƏBƏR
Şərhlər