Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala rayonunda bir...
Dəyərli dostlar! İlk öncə hər birinizi salamlayır, Azərbaycan Respublikasının...
“KORRUPSİYAXƏBƏR” ə AR-nın DİN-nin Baş DYPİ-nin Alayı, 5-ci Tağımın Murad adlı...
Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yaranan çuxur...
Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil...
Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Баннер
Korrupsiya Xəbər » Mədəniyyət » “Atam bu dünyadan xoşbəxt getdi…”

“Atam bu dünyadan xoşbəxt getdi…”

01 avq 2025, 14:15, korrupsiya
0 şərh    2 Baxılıb

“Atam bu dünyadan xoşbəxt getdi…”

“Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyadan xoşbəxt getdi...”

Bu sözləri Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev xanəndə ilə vida mərasimində çıxış edərkən bildirib.

“Son günlərdə ona göstərilən sevgi, diqqət və qayğı onun üçün çox böyük mənəvi dayaq idi. O, xalqının sevgisini hiss edərək, əhatəsində doğmalarını, dostlarını, tələbələrini görərək bu dünyaya vida etdi”, - deyə Y. Babayev söyləyib.

***

Xalq artisti Vamiq Məmmədəliyev bildirib ki, bu gün danışmaq çox ağırdır: “Arif Babayev mənim dostum idi. Bir yerdə çox çörək yemişik. “Xan Şuşinski” məktəbinin davamçısı idi. Bu sənəti davam etdirmək çox çətin idi. Onun ürəyi həmişə muğamla döyündü. Biz uzun illər bir yerdə işləmişik, aramızda böyük səmimiyyət var idi. Bu gün onun həyatda olmamağı… Onun haqqında çox monoqrafiyalar, dissertasiyalar yazılacaq. Tələbələri onu çox sevirdi. Onun dövlət qarşısında çox böyük xidmətləri var idi. Arif müəllim heç vaxt xalqımızın yadından çıxmayacaq. Hamımız üçün ölüm var. Bununla barışmaq lazımdır. Arif müəllim böyük iz qoyub getdi. O yaşayır…”

***

Xalq artisti Mənsum İbrahimov isə çıxış edərək Arif Babayevin Azərbaycan muğam sənətinə bəxş etdiyi böyük töhfələrdən danışıb.

O bildirib ki, Arif Babayev yalnız görkəmli ifaçı deyil, həm də əsl ustad, sənət məktəbi yaradan, neçə-neçə sənətkarın yolunu işıqlandıran şəxsiyyət idi.

M.İbrahimov vurğulayıb ki, A.Babayevin yaratdığı sənət irsi tükənməz xəzinədir və o öz ifaları, yetirmələri və insani keyfiyyətləri ilə hər zaman xatırlanacaq.

Şərhlər