
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, redaksiya heyyətinin rəhbəri Elyaz Yazan, bu gün Masallı rayon məhkəməsinin hakimi cənab Zeynal Zeynalovun və dövlət ittihamçısının barəsində AR-nın prezidenti cənab İlham Əliyevə, AR-nın Ədliyyə naziri cənab Fərid Əhmədova, AR-nın baş prokuroru cənab Kamran Əliyevə, Məhkəmə Hüquq Şurasının sədrinə və Masallı rayon məhkəməsinin sədrinə təşəkkür məktubu ünvanlayıb.
Təşəkkür məktubunun mətnini olduğu kimi qeyd edirik.
Hörmətli, möhtərəm cənab Prezident!
Hörmətli cənab Nazir!
Hörmətli Baş prokuror!
İlk öncə Sizi və yaxınlarınızı, fürsətdən istifadə edərək əvvəlcə özümün,ailəmin və daha sonra rəhbəri olduğum redaksiya heyyətimin adından salamlayır, AR-Konstitusiyasının müvafiq maddələrinə əsasən İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində heç bir zaman əməyinizi və köməyinizi əsirgəmədiyiniz vicdanlı vətəndaşların diqqət mərkəzində olduğunu da nəzərinizə çatdıraraq, Sizə səmimi qəlbdən və yüksək səviyyədə təşəkkür edirəm və dərin minnətdarlığımı bildirirəm.
Hörmətli, möhtərəm cənab Prezident!
Hörmətli cənab Nazir!
Hörmətli Baş prokuror!
Bu məlumat məktubu ilə Sizi narahat etsəm də, özümə bir vicdanlı vətəndaş olaraq borc bildim ki, müsbət hala görə təşəkkürümüzü də çatdırım.
Təbii ki, bu gün ictimaiyyət arasında və eləcə də sosial şəbəkədə dövlət orqanları və qurumlar barəsində tənqidyönlü çıxışlar edirlər. Tərifyönlü də olur, lakin, tənqidyönlü daha çox olur. Mən də həqiqəti qeyd edən bir jurnalist olaraq, müsbət halları müsbət, neqativ halları da neqativ kimi qeyd edirəm.
Amma hazırki qarşılaşdığım mənzərə nəinki, müsbət, hətta məni və digər proses iştirakçılarını da kövrəltdiyinə görə, bu təşkkür məktubunu yazmaq qərarına gəldim.
Belə ki, 17 fevral 2026-cı il tarixdə Masallı rayon məhkəməsinə bir tanışımın işi ilə əlaqədar olaraq, möhtərəm hakim Zeynal Zeynalovun icraatında olan işlə bağlı yaxınlaşdım. Hakimin köməkçisi ilə görüşüb məsləhət almaq istədim. Mənə bildirildi ki, məhkəmədə zal 3-ə yaxınlaş. Mən də zal -3 də əyləşdim və sakitcə möhtərəm hakimin gəlməyini gözlədim. Zamanında möhtərəm hakim Zeynal Zeynalov gəldi, məhkəmə zalında digər prosea iştirakçıları da var idi. Mən sükutla prosesin bitməyini gözlədim. Proses zamanı təqsirləndirilən şəxs, zərərçəkmişə qarşı vurduğu ziyanı ödəməyinə dair ödəniş qəbzlərini təqdim etməmişdi və bildirdi ki, telefonda şəkili var. Lakin, hakim də, dövlət ittihamçısı da vəkil də ona irad bildirdilər ki, məhkməyə gəlirsənsə sübutları tam şəkildə təqdim etməlisən. Təqsirləndirilən şəxs də bildirdi ki, evimiz yaxındadır, deyim göndərsinlər. Hakim də ona mülayim və nəzakətli formada ona icazə və göstəriş verdi ki, denən gətirsinlər. İnanın səmimiyyətimə tam 25 dəqiqə hakim də, dövlət ittihamçısı da vəkil də səbrlə ödəniş qəbzinin gətirilməsini gözlədi. Mən öz-özümə düşündüm ki, hakimin səbri daşacaq və acılayacaq. Əsla, düşündüyüm kimi olmadı. Hətta təqsirləndirilən şəxslə Nə hakim, nə Dövlət ittihamçısı, nə də vəkil aqressiv davranmadı, tam əksinə yüksək səviyyədə nəzakətli davrandılar.
Daha sonra digər bir prosesdə təxminən 80 yaşlarında bir ana əyləşmişdi. Hesab etdim ki, şüşə arxasında olan təqsirləndirilən şəxs də onun övladı idi. Möhtərəm hakim həmin işə də baxdıqdan sonra qoca ana istədi ki, hakimdən xahiş etsin ki, oğlu ilə görüşsün. Hakim və dövlət ittihamçısı anadan qabaq ona dedilər ki, görüşmək istəyirsənsə gəl görüş. Həmin anda mən özümü saxlaya bilmədim və həqiqətən ağladım. Sonra onlara baxdığım zaman onların da kövrəldiyini gördüm. Bəlkə də qanunla icazə verilsəydi, Hakim və dövlət ittihamçısında olan bu rəhmliliyə görə, mən onları bağrıma basardım və əllərindən öpərdim.
Dəyərli rəhbərlər!
Mən bu məktubu yazarkən həmin məqamı qeyd edərkən, yenə də ağladım. Heç gözümün önündən getmir. Belə bir hallların olması insanlarda dövlətə və dövlətçiliyə olan inamı, güvəni, etibarı və məhəbbəti da artırır.
Mən həmin hakimə və dövlət ittihamçısına məhkəmə zalında qısa və şifahi formada təşəkkürümü bildirsəm də rahatlanmadım. Sizin də diqqətinizə çatdıraraq, belə bir rəhbərləri diqqətə mərkəzinizdə saxlamağınızı və bizim təşəkkürümüzün Sizin tərəfinizdən də çatdırılmasını xahiş edirəm.
Onu da qeyd edirəm ki, həmin mənzərə ilə bağlı videoqeyd şəklində çıxış edərək, “Youtube” kanalında özümə məxsus “Respublikaxəbər.az” adlı səhifəmdə “SƏBRLİ -MƏRHƏMƏTLİ HAKİM VƏ DÖVLƏT İTTİHAMÇISI” başlıqlı məqalə ilə ictimailəşdirəcəyik.
Bir daha təşəkkür edirəm!
Hörmətlə; Təsisçi, baş direktor: Elyaz Gülüyev
"KORRUPSİYAXƏBƏR"