
KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, Zaqatala rayon ərazisində yerləşən müəssisələrin biri əxlaqsız yuvasına çevrilə bilər.
Bu barədə redaksiyamıza şəhid anası məlumat verib.
Məlumatda bildirilib ki, həmin müəssisənin müdür müavini kimi tanınan Elnur adlı şəxs, işçilərin birinin mobil əlaqə nömrəsini əldə etdikdən sonra, ona ilk öncə sevgi elan edib və daha sonra müxtəlif üsullarla onu intim əlaqəyə dəvət edib.
Qarşı tərəf, həmin müəssisədə işləyərək, ruzi qazanmaq məqsədi ilə işə gəldiyini bildirmiş, Elnur "müəllim" də həmin xanımın onun təklifini qəbul etmədiyinə görə, xanımın iş yerinin dəyişdirilərək, digər bir məntəqəyə təyin edəcəyini bildirmiş, xanım isə həmin məntəqədə işləyə bilməyəcəyini deyərək, işə gələ bilməyəcəyini demişdir. Elnur "müəllim" də ona demişdir ki, "yesən də, yemədən də budur"!
Nəticə etibarî ilə həmin xanım bu səbəbdən işdən xaric olunmuşdur.
Əlavə olaraq, da həmin əməkdaşın yazdığı simariclər də məlumat verən tərəfindən sübut kimi təqdim edilib. Həmçinin şəhid anası etdiyi müraciətə baxılmadığını və Elnur adlı şəxsin barəsində qanuni tədbir görülmədiyini bildirib.
Daha ətraflı qarşı tərəfı dinlədikdən sonra, onun da redaksiyamıza bildirəcəyi mövqeni diqqətə çatdıracağıq.
Qarşı tərəfi dinləməyə və bildirəcəyi mövqeni dərc etməyə hazırıq!
Hazırda onu da qeyd edək ki, həmin müəssisədən bizimlə əlaqə saxlanılaraq, Elnur müəllimin bir müddət bundan öncə vəzifədən azad olunduğu bildirildi. Lakin, işçilər tərəfindən həmin şəxsin yəni Elnur müəllimin xidmətdə olduğunu bildirdilər. Araşdırmamız davam etdirilir. Məsələ diqqətdə saxlanılır.
Onu da qeyd edək ki, tərəfimizdən həmin müəssisənin rəhbərliyinə və eləcə də aidiyyatı orqanlara rəsmi məlumat məktubu ünvanlanacaqdır.
"KORRUPSİYAXƏBƏR"