
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən əsaslı təmir edilərək, 2023-cü ildə istifadəyə verilmiş Sabirabad rayon, Narlıq kənd tam orta məktəbində Qaz, İşıq, Su və İstilikdən başqa hər cür şərait var. Hətta korrupsiya əməlləri də var.
Bu barədə "KORRUPSİYAXƏBƏR" ə Sabirabad rayon, Narlıq kənd sakinləri (ağsaqqallar və ziyalılar) müraciətlərinin videoqeyd şəkilində göndəriblər.
Müraciət müəllifləri olan Sabirabad rayon, Narlıq kənd sakinləri, müraciətlərində daha ətraflı qeyd edərək bildiriblər ki, Heydər Əliyev Fondu tərəfindən inşa olunan Sabirabad rayonu Narlıq kənd Ə.Səmədov adına orta məktəbin binası 2023-cü ildə istifadəyə verilib.
Kənddə 1975-ci ildə inşa olunan məktəb binası istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş, İkimərtəbəli yeni məktəb binası 300 şagird yerlik və 4 korpusdan ibarətdir. Məktəbdə dərs ilinə başlayan şagird və müəllimlərə keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılmayıb.
Məktəbdə Qaz, İşıq, Su və İstilikdən başqa hər şey var deyirlər. Hətta hər şeydən əlavə Korrupsiya faktlarının da olduğunu deyirlər.
Diqqətinizə çatdırırıq ki, çoxsaylı sakinlərin müraciətlərini nəzərə alaraq, videomüraciətsenzuradan keçərək videoreportaj halına gətirildikdən sonra tərəfimizdən Youtube kanalında "Respublikaxəbər.az" adlı səhifəmizdə ictimailəşəcəkdir.Həmçinin aidiyyatı qurumlara rəsmi məlumat məktubu ünvanlanacaqdır.
KORRUPSİYAXƏBƏR