Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, polisin ikinci sevgilisi...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena...
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Hacı Əjdər bəy məscidinin...
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təbii ehtiyatların kəşfiyyatı...
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə"...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Sakinlər acınacaqlı vəziyyətdə: "Xəstəmiz olur, təcili yardım gəlmir"

Sakinlər acınacaqlı vəziyyətdə: "Xəstəmiz olur, təcili yardım gəlmir"

03 dek 2025, 01:23, korrupsiya
0 şərh    8 Baxılıb

Şəki rayonunun Aşağı Şabalıd kəndinin sakinləri yol problemindən şikayətçidirlər. Belə ki, 500 nəfərə yaxın əhalisi olan kəndin 4 kilometrlik yolu yararsız haldadır.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Baku TV-nin "qaynar xətti"nə müraciət edən kənd sakinləri aidiyyəti qurumdan kömək gözləyirlər.

"Bu yol 1969-cu ildə çəkilib. Qışda bura lap biabırçı vəziyyətdədir. Cavanların hamısı kənddən qaçır", - vətəndaşlardan biri söyləyib.

Digər bir sakin isə narazılığını belə ifadə edib: "Aylıq gəlirimin 60 faizini maşınıma xərcləyirəm. Yol bərbad haldadır. Burada ayı da görüblər. Yolda nə taksi hərəkət edə bilir, nə də marşrut xətti işləyir. Camaat çox acınacaqlı vəziyyətdədir".

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şəki rayonunun Aşağı Şabalıd kənd yolunun yenidən qurulması nəzərdə tutulub: "Bununla bağlı Agentlik tərəfindən təkliflər hazırlanaraq, aidiyyəti üzrə təqdim olunub ki, Dövlət İnvestisiya Proqramına daxil edilsin. Təkliflər sözügedən Proqrama daxil olunub maliyyə vəsaiti ayrılan kimi tərəfimizdən həmin ərazidə yenidənqurma işləri həyata keçiriləcək".

"KORRUPSİYAXƏBƏR"


Şərhlər